2014-cü il Azərbaycan Respublikasında
"Sənaye ili" elan edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
E-sənaye portalı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.
Qazax Sement Zavodu MMC

Ünvan

Qazax rayonu Daş Salahlı kəndi, Qazax Sement Zavodu MMC, AZ3518
, Azərbaycan

bizə yazın

tel : (+994 12) 404 4 404
e-mail : [email protected]
veb : www.qsz.az

Xidmətlərimiz 
Qazax Sement Zavodu MMC sement istehsalı və satışı ilə yanaşı bir sıra xidmətlər də göstərir ki, buraya əsasən satışdan sonra texniki dəstək və daşıma xidmətləri daxildir. Zavodun uğur qazanması həm keyfiyyətli sement istehsalı ilə, həm də qeyd olunan müştərilərin xidmətlərdən yüksək razılığı nəticəsində mümkün olmuşdur.

Qazax Sement Zavodu MMC sement satışından sonra müştərilərə hərtərəfli texniki dəstək göstərir, onların fəaliyyətində yaranan çətinliklərin aradan qaldırılmasını təmin edir. Müştərilərə müxtəlif laboratoriya və yerində texniki kömək xidmətləri, o cümlədən sementin, betonun, betonun tərkib elementlərinin müxtəlif sınaqları, həmçinin layihə tələblərinə və xüsusi şəraitə görə beton tərkiblərinin hazırlanması və optimallaşdırılması, texniki çətinliklərin aradan qaldırılması kimi texniki xidmətlər göstərilir. Zavodda bu məsələ ilə bağlı həm xarici ekspertlərin, həm də yerli mütəxəssislərin beton istehsalı və sementin tətbiqi sahəsində zəngin təcrübəsindən istifadə olunur. Digər bir xidmət isə daşınma xidmətləridir. İstehsal olunan kisə və qalaq sement məhsullarının müştəri ünvanlarına vaxtında çatdırılması üçün zavodda müasir loqistika sistemi qurulmuşdur. Bu məqsədlə zavodun Bakı şəhəri, Lənkəran, Xaçmaz rayonlarında Loqistika Mərkəzləri fəaliyyət göstərir. Zavoda yaxın yerləşən rayonlara sementin daşınması avtonəqliyyat vasitələri ilə, nisbətən uzaqda yerləşən rayonlara sementin çatdırılması üçün dəmir yolu vaqonlarından istifadə olunur. Mərkəzlərdə sementin yüklənməsi, müştəri ünvanlarına vaxtında çatdırılmasını təmin etmək üçün müasir maddi-texniki baza yaradılmışdır. 

Qazax Sement Zavodunun coğrafi baxımdan əlverişli mövqedə yerləşməsi sementin daşınmasında avtomobil və dəmir yolu nəqliyyat vasitələrindən səmərəli istifadə etmək imkanı yaradır. Zavodu Bakı Tibilisi avtomobil yolu ilə birləşdirən 7 km avtomobil yolu, Qazax dəmir yolu stansiyası ilə birləşdirən 11.4 km dəmir yolu xətti çəkilmişdir. Qalaq və kisə sement məhsullarımız müştəri tələblərinə uyğun olaraq qeyd olunan dəmir yolu və avtonəqliyyat vasitəsilə çatdırılır. Sementin daşınması Avropanın inkişaf etmiş ölkələrinin istehsalı olan avtonəqliyyat vasitələri ilə həyata keçirilir. Sement daşıyan bütün avtomaşınlarda GPS sistemi quraşdırılmışdır ki, bunun da sayəsində daşımaları nəzarətdə saxlamaq mümkündür.