2014-cü il Azərbaycan Respublikasında
"Sənaye ili" elan edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
E-sənaye portalı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

mr.Seal Kapiler — Su izolyasiya materialları

Məhsul haqqında 
mr.Seal Kapiler , köhnə və yeni sement əsaslı səthlərdə ya da beton tikililərdə səth sularına qarşı təsirli, müsbət və mənfi tərəfdən tətbiq edilə bilən kapilyar təsirli bir su izolyasiya materialıdır.

İstifadə sahələri 
• Təməl və pərdə su izolyasiyasında, 
• Su anbarlarında ,
• Zirzəmi divarlarında,
• Tunellərdə, 
• Lift boşluqlarında, 
• İstinad divarlarında, keçidlərdə və limanlarda.

Üstünlükləri 
• Asan hazırlanır və tətbiq olunur,
• Fırça ilə tətbiq edilə bilər,
• İşləmə müddəti uzundur,
• mr.Seal Kapiler əmələ gətirdiyi, suda həll olmayan kristallar ilə kapilyar boşluqları doldurur və su izolyasiyası təmin edir,
• Betonu və təchizatı suyun korroziya edici təsirlərindən qoruyur,

Texniki göstəriciləri

Materialın tərkibi
Sement və suda həll
olmayan kristal qatqılar
RəngiBoz
Tətbiq olunacaq səthin istiliyi+5°C +30°C
İstifadə Müddəti20 deqiqə

Yuxarıdakı qiymətlər +23°C də və 50% nəmlik üçün verilmişdir. Yüksək istiliklər müddəti qısaldır, aşağı istiliklər müddəti uzadır.

İstifadə təlimatı

Səthin hazırlanması:

Səth hazırlama, sistemin keyfiyyəti üçün çox vacibdir. Səth toz, yağ, boya və qalıcı kür maddələrdən və s. yapışmanın və nüfüz etmənin qarşısını alıcı maddələrdən təmizlənməlidir. Səthdəki zəif sement şərbət təbəqəsi də aşındırılaraq alınmalı, yüngül şəkildə çıxıntılandırılmalıdır. Səthdəki boşluqlar və pozulmuş suvaqlar təmir edilməlidir. Tətbiq səthi bol su ilə isladılaraq suya doyurulmalı lakin səthdə artıq su qalmamalıdır. Tətbiq zamanı material suyunu itirər və mat bir görünüş alarsa, səthin yetərincə isladılmadığına ya da sürətli quruduğuna işarədir. Belə olduqda, havanın isti olduğu ya da materialın külək təsirində olduğu vəziyyətlərdə yalnız ilk qat üçün materialın qarışdırma suyu 10% artırıla bilər. Hər bir qat sürtülmədən öncə altdakı qatın quruması gözlənilir. Hər qat bir birinə əks istiqamətdə sürtülür.

Qarışdırma
1 torba (20 kg) mr.Seal Kapiler , 6 litr su ilə qarışdırımalıdır. Qarışım suyu, mr.Seal Kapiler - ə əlavə edərək qarışdırılmalıdır. Tərsinə bir əməliyyat edilməməli, 400-600 dövr /dəq – lik bir mikser ilə homogen bir görünüş əldə edilincəyə qədər qarışdırılmalıdır. 20 dəqiqə ərzində istifadə edilə biləcək qədər materialın qarışdırılmasına diqqət edin.

Tədbiq etmə üsulu 
mr.Seal Kapiler şərbəti, əvvəlcədən isladılmış səthə fırça ya da püskürtmə üsulu ilə 2 qat tədbiq edilir. Birinci qat suyunu tam itirmədən əvvəl və kifayət qədər sərtləşdikdən sonra temperatura bağlı olaraq 3-5 saat müddətinə ikinci qat dik tərəfdən tədbiq edilir.

Kür 
mr.Seal Kapiler örtüyünün sürətli qurumasının qarşısı alınmalıdır. 5-7 gün müddətlə islaq vəziyyətdə saxlanılmalıdır. İsladılaraq və polietilen ilə örtülərək təsirli qoruma təmin edilməlidir. Kür mayesi istifadə etmək uyğun deyildir. Su ambarları, mr.Seal Kapiler – in tədbiqinin bitməsindən 24 saat sonra doldurulmalıdır, çünki su təzyiqi altında kristalın əmələ gəlməsi surətlənir.

Sərfiyyat

1-ci qat1 kq/m2
2-ci qat1, kq/m2

Alətlərinin təmizlənməsi 
Tətbiq edilmədən sonra istifadə edilən alət və ünsürlər deterjanlı isti su ilə təmizlənməlidir. mr.Seal Kapiler sərtləşdikdən sonra ancaq mexanik üsullarla səthdən təmizlənə bilər.

Saxlama şərtləri 
Açılmamış orijinal bağlamada (qablaşdırmada), sərin və quru şəraitdə saxlanmalıdır.