2014-cü il Azərbaycan Respublikasında
"Sənaye ili" elan edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
E-sənaye portalı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.
Qazax Sement Zavodu MMC

Ünvan

Qazax rayonu Daş Salahlı kəndi, Qazax Sement Zavodu MMC, AZ3518
, Azərbaycan

bizə yazın

tel : (+994 12) 404 4 404
e-mail : [email protected]
veb : www.qsz.az

Qazax Sement Zavodu MMC “Qazax Sement Zavodu” MMC Azərbaycanın iri sement istehsalçılarından biri kimi ildə 1 milyon ton sement istehsal edir və Azərbaycanın Qərb regionunda reallaşmış ən böyük investisiya layihəsidir. Zavodun inşasına 2010-cu ilin mart ayında başlanmış, 2013-cü ilin aprelində sement istehsalı, 2014-cü ilin avqustunda isə klinker istehsalı xətləri istifadəyə verilmişdir.
2017-ci ilə qədər zavodun istehsal həcminin genişləndirilərək illik 3 milyon tona çatdırılması planlaşdırılır. Şirkət hazırda sulfatadavamlı sement, həmçinin qalaq və kisə şəklində müxtəlif sement məhsulları istehsal edir. 
Qazax Sement Zavodu istehsal prosesini və daşımaları təmin edəcək geniş infrastruktur və uzunmüddətli xammal ehtiyatları ilə təmin edilmişdir. 
Yaradılmış infrastruktur və çoxşaxəli logistika sistemindən istifadə edərək Azərbaycanın istənilən ərazisinə sement satışını həyata keçirilir. Məhsulların müştərilərə vaxtında çatdırılmasını təmin etmək üçün şirkətin Bakıda və regionlarda Logistika Mərkəzləri təşkil edilmişdir.
Fəaliyyətdə olduğu qısa müddət ərzində zavod istehsal etdiyi məhsulların keyfiyyəti ilə yüksək müştəri məmnuniyyətinə nail olmuşdur. Şirkətin əsas məqsədi Azərbaycanda və bütövlükdə regional miqyasda tikinti sektorunun aparıcı qüvvəsi olmaq və ölkənin milli rifahına öz töhfəsini verməkdir. 

Hədəflərimiz və prinsiplərimiz: 
• Müştərilərimizi stabil keyfiyyətli sement məhsulu ilə təmin etmək və yüksək müştəri məmnunluğuna nail olmaq;
• Cəmiyyətdə dəyərli və etibarlı bir tərəfdaş olaraq qəbul edilmək;
• Şirkətimizin fəaliyyət sahəsini genişləndirmək və müasir texnoloji yanaşmaları tətbiq etmək;
• Fəaliyyət göstərdiyimiz sement bazarında güclü bazar mövqemizin olmasını təmin etmək və uzunmüddətli dövrdə strateji addımlar atmaq; 
• Xəzər dənizi və Qara dəniz sahilləri ölkələrinə sement ixrac edən zavoda çevrilmək;
• Professional kadrların işləmək üçün üstünlük verdiyi şirkət olmaq;
• İşçilərimizin peşə inkişafını və onların motivasiyasını təmin etmək
• Ətrafımızda yaşayan icmalara qayğı göstərmək və onların inkişafı üçün sosial öhdəliklərimizi yerinə yetirmək 

Müəssisənin istehsal gücü: 
I xətt: Klinker istehsalı 2’500 ton/gün, sement istehsalı 1’000’000 ton/il.
II xətt: Klinker istehsalı 5’000 ton/gün, sement istehsalı 2’000’000 ton/il. 

Zavodun fəaliyyətinin iqtisadi və sosial faydaları:
• Regionların sosial iqtisadi inkişafının sürətləndirilməsi;
• Yerli istehsalın artırılması və ölkəyə sement idxalının azaldılması;
• Yeni iş yerlərinin yaradılması. 

Zavodun layihələndirilməsi və inşası işlərinə zəngin təcrübəyə malik “SİNOMA” beynəlxalq şirkəti cəlb edilmişdir. Layihənin proqram təminatını, həmçinin avtomatik idarəetmə sistemini isə “SİEMENS” şirkəti təmin etmişdir. Ən müasir texnologiyadan istifadə olunaraq inşa olunmuş zavodda, yüksək keyfiyyətli Betonsem (CEM II/A-P 42,5 R -qalaq), Sulfatadavamlı sement (PPS 400 – qalaq və kisə), Mastersem (CEM II/B-P 32,5 R - kisə), Unisem (CEM IV/B-P 32,5 N-kisə) sement markaları istehsal olunmaqdadır.

Qazax Sement Zavodu MMC-nin əlverişli xammal yataqlarına sahib olması və ən müasir texnologiyadan istifadə yüksək keyfiyyətli məhsul istehsal etməyə imkan verir. İstifadə olunan xammalın və istehsal olunan sementin keyfiyyətinin yüksək səviyyədə saxlanılması üçün zavodumuzda müasir avadanlıqlarla təchiz olunmuş laboratoriya fəaliyyət göstərir, müntəzəm olaraq həm xammalların, həm də məhsulların fiziki-mexaniki və kimyəvi sınaqları həyata keçirilir. Müəssisənin ümumi tikinti kompleksinə 49 bina və qurğu daxildir. Bunların 34-ü əsas, 15-i isə yardımçı bina və qurğulardır. Sement Zavodun ümumi layihə çərçivəsində bir sıra mülki, infrastruktur və enerji obyektlərinin də inşası həyata keçirilmiş, 8 km avtomobil yolu və 18 km dəmir yolu xəttinin tikintisi, 15 km xarici su xəttinin, 26 km 110 kilovoltluq yüksək gərginlikli xarici elektrik xəttinin çəkilməsi, Avtomatik Qaz Paylayıcı Stansiyasının quraşdırılması və 4 km qaz xəttinin çəkilməsi, suvarma kanalının, sel bəndinin tikintisi və s. işlər həyata keçirilmişdir.
Zavodun tikintisi zamanı sosial təyinatlı obyektlərin də tikintisinə xüsusi diqqət yetirilmişdir. Belə ki, işçi personalının iş və yaşayış şəraitinin təşkil edilməsi məqsədilə 56 otaqdan ibarət yataqxana, 250 nəfərlik yeməkxana, 69 otaqdan ibarət inzibati bina inşa edilmişdir. Qazax Sement Zavodu MMC 2014-cü ildə Xarici ölkələrdə və respublikada inşaat və sanaye sahəsində keçirilən tədbir, konfrans və sərgilərdə fəal iştirak etmiş, istehsal olunan məhsullar və xidmətlər iri şirkətlərə və fərdi istifadəçilərə təqdim olunmuşdur. Zavodun 2014-cü ildə regionda və respublikada sənayeninin inkişafındakı fəaliyyəti yüksək qiymətlədirilmiş, müxtəlif tədbir və konfranslarda sertifikat və diplomlarla təltif edilmişdir. 22-25 oktyabr 2014-cü il tarixində BakuBuild 2014 - Azərbaycan Beynəlxalq İnşaat sərgisi keçirilmişdir. Qazax Sement Zavodu MMC bu sərgidə sponsor kimi çıxış etmiş, sərgi günləri ərzində fəallığı və daha çox müştərilərin ziyatərinə əsasən Baku Build 2014 sərgisinin təşkilatçıları tərəfindən “Ən yaxşı müştəri cəlb olunan” şirkət olaraq sertifikata layiq görülmüşdür. 26 Noyabr 2014-cü il tarixində Bakıda “XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. 

Qazax Sement Zavodu MMC bu konfransda iştirak etmiş və “Regionlarda rəqabətqabiliyyətli istehsalın qurulmasında xidmətlərinə görə” sənaye müəssisələri arasında xüsusi mükafata layiq görülmüşdür. 16 dekabr 2014-cü il tarixində 2014-cü il üzrə “Azərbaycan Biznes sahəsi üzrə milli mükafatlandırma” (Azeri Business Award)" mərasimi keçirilmişdir. Mərasimdə Qazax Sement Zavodu MMC 2014-cü ilin nəticələrinə əsasən “Sement istehsalı üzrə ilin şirkəti” mükafatına layiq görülmüşdür. Qazax Sement Zavodu MMC ölkənin və regionun inkişafında qarşıya qoyulan məqsədlərə nail olmaq üçün strateji fəaliyyət planına uyğun ixtisaslı kadr və maddi texniki bazaya malikdir və bu istiqamətlə inkişafını genişləndirməkdədir.