2014-cü il Azərbaycan Respublikasında
"Sənaye ili" elan edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
E-sənaye portalı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.
NJT - 2000

Ünvan

AZ1030, Azәrbaycan Respublikası, Bakı şәhәri, Babәk prospekti 43a.
,

bizə yazın

tel : (+994 12) 447 26 46, 447 52 72
e-mail : [email protected]
veb : www.njt2000.com

Haqqımızda

NJT firması R-Plast (Türkiyə) holdinqinin tərkib hissəsi olaraq 2000-ci ildə tam olaraq xarici sərmayələr hesabına yaradılmışdır. O zaman firma tərəfindən Bakı şəhərində ümumi sahəsi 25 000 m2-dən artıq olan, çirkli sular və neft tullantılarından əmələ gəlmiş «gölün» qurudulması həyata keçirilmişdir.

http://njt2000.com/files/image/history1.jpg

http://njt2000.com/files/image/ozero.jpg

Hələ bu yaxınlara qədər şəhər ekologiyasının yaralı yeri sayılan bu ərazidə hazırda müasir bir fabrik ucalır.

http://njt2000.com/files/image/history2.jpg

http://njt2000.com/files/image/history3.jpg

Bu gün NJT firması Bakıda əsas qapalı sahəsi 20 000 m2 olan, həmçinin Azərbaycanda və xaricdə əlavə istehsal sahələri olan qabaqcıl bir müəssisədir. Daxili və xarici tələbatın ödənilməsi üçün fabrikdə bir neçə istiqamət üzrə yüksək keyfiyyətli məhsulların istehsalını təmin edən, yüksək texnologiyalara əsaslanan ekstruziya və injeksiya xətləri quraşdırılmışdır.