2014-cü il Azərbaycan Respublikasında
"Sənaye ili" elan edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
E-sənaye portalı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.
Avanqard N MMC

Ünvan

Azәrbaycan Respublikası, Bakı şәhәri, Qaradağ rayonu, Bakı Qazax şossesi, 27-ci km.
,

bizə yazın

tel : (+994 12) 342 98 88
e-mail : [email protected]
veb : www.agdag.az

Ömrümüzün 90%-ni evlərdə və digər qapalı məkanlarda keçirdiyimizə görə, təmir zamanı bu məkanların divarlarının, tavanlarının sağlamlığımıza necə təsir edəcəyini unutmamalıyıq. Uzun müddətdir ki, ölkəmizdə daxili məkanların təmir işlərində sağlamlığa faydalı olmayan bir vərdiş yaranıb. Çoxları evlərinin və digər məkanların içini qara suvaq ilə suvamaq kimi köhnə bir vərdişə alışıblar. Əslində, qara suvaq ilə suvanmış evlər rütubətli və müxtəlif xəstəliklərə münbit şərait yaradan, sağlamlığa faydalı olmayan bir məkan hesab olunur. Təsadüfi deyil ki, bütün Avropa ölkələri, Almaniya, Türkiyə və digər inkişaf etmiş ölkələrdə çoxdandır ki, bu təmir metodunu qadağan edən çoxsaylı qanunlar da qəbul edilib. 

Bəs özümüzün, ailəmizin və bütövlükdə hamımızın sağlamlığına təhlükə olan bu vərdişdən necə qurtulmalı? 

Bundan qurtulmaqdan, sağlam bir evdə və məkanda yaşamaqdan ötrü sizin üçün biz "AĞDAĞ" Müasir gips Zavodunu quraraq "AĞDAĞ" məhsulunu yaratdıq.

2002-ci ildə əsası qoyulmuş, ixrac yönümlü, Qafqazda ilk müasir tipli gips zavodu olan "AĞDAĞ" 2007-ci ilin əvvəllərində məhsul itehsalı ilə fəaliyyətə başlamışdır. Zavod qabaqcıl alman texnologiyasına əsaslanır, istehsal prosesi rəqəmli texnologiya ilə avtomatlaşdırılmış formada idarə olunur və keyfiyyətə total nəzarət həyata keçirilir. Zavodun nəzdində "AĞDAĞ" Texnoloji Mərkəzi yaradılıb ki, onun da əsas vəzifəsi "AĞDAĞ" məhsulunun unikal keyiyyət parametrlərini müəyyənləşdirmək və keyfiyyətə tam nəzarəti həyata keçirməkdir.

Hal-hazırda bu istehsal sahəsi Azərbaycandakı sürətli iqtisadi inkişafın parlaq nümunələrindən birinə çevrilməkdədir.