2014-cü il Azərbaycan Respublikasında
"Sənaye ili" elan edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
E-sənaye portalı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.
Səhliyalı

Ünvan

AZ 0100,Azərbaycan Respublikası Abşeron rayonu Xırdalan şəhəri, quşçuluq massivi
,

bizə yazın

tel : (+994 12) 448 19 58
e-mail : [email protected]
veb : www.sahliyali.com

Şirkət haqqında

Şirkətin tarixi

«Sahliyali» şirkəti fəaliyyətə 1996-cı ildə Azərbaycan bazarında iri ət təchizatçısı kimi başlayıb. Növbəti üç il ərzində şirkətin əsasında ət məhsulları çeşidi bir neçə kolbasa növü ilə təqdim olunan ilk kolbasa sexi yaradıldı. İlk növbədə kolbasa məmulatlarının keyfiyyətinə və nadirliyinə diqqət yetirilirdi.

İllər keçdikcə bazar inkişaf etdi, istehsal olunan ət məmulatlarının çeşidi genişləndi, şirkətin məhsulları istehlakçılarda etibar qazandı. Şirkətə daim inkişaf tələb olunurdu, lakin köhnəlmiş texnologiyalarla buna nail olmaq çox çətin idi. Buna görə həmin dövrdə şirkət rəhbərliyi avadanlığın modernləşdirilməsini və məhsulun keyfiyyətinin yaxşılaşdırılmasını əsas prioritet kimi müəyyən etdi.

2009-cu ildə Xırdalan yaxınlığında iki istehsal xətti olan, ətin emalından, kolbasa və delikateslərin buraxılmasından tutmuş konkret istehlakçının sifarişinə uyğun hazır məhsulun yüklənməsinə qədər bütün emal prosesini müstəqil həyata keçirən tamamilə yeni müəssisə tikildi.

Avstriyanın aparıcı istehsalçısı «SCHALLER» texnoloji kompleksinə əsaslanan, gigiyenanın ən yüksək tələblərini və ciddi laboratoriya ekspertizasını özündə ehtiva edən «Sahliyali» haqlı olaraq bazarın liderinə çevrildi. Şirkətin bütün aparıcı mütəxəssisləri Avropada tam təkrar hazırlıq keçdilər və şirkətin tarixində yeni səhifə yazmağa tam hazır idilər. Məhsullar tam rebrendinqə məruz qaldılar, malların qablaşdırılması dizaynını dəyişməklə bərabər, dad keyfiyyəti nəzərə çarpacaq dərəcədə yaxşılaşdırıldı.


 

«Sahliyali» bu gün

Bu gün «Sahliyali» şirkəti Azərbaycanın ən iri ət emalı müəssisələrindən biridir. Əsrlərdən gələn ənənələri, innovasiyaları və öz texnologiyalarımızı birləşdirərək sağlam və keyfiyyətli məhsul hazırlayır və istehsal edirik.

Ət kombinatının buraxdığı məhsulun ekoloji təmizliyi və yüksək istehlak keyfiyyəti bir sıra amillərlə müəyyən olunur, amma əsas olan şübhəsiz ki, istifadə edilən xammalın keyfiyyətidir.

Məhsullarımızın istehsalında yalnız yüksək keyfiyyətli komponentlərdən istifadə olunur. Xammal və ədviyyatların GM-təhlükəsizliyi daim yoxlanılır. Bundan əlavə, məhsulun istehsalı zamanı dad gücləndiricilərindən, kimyəvi və ya sintetik komponentlərdən, süni konservantlardan istifadə olunmur. Heyvanlar yemlənərkən onların böyüməsini stimullaşdıran preparatlardan istifadə edilmir.

Şirkətin bütün əməkdaşları pulsuz yeməklə təmin olunur. Müəssisədə bütün əməkdaşlar üçün təlim və ixtisasın artırılması sistemi tətbiq olunur. Sabit əmək haqqı, əməyin məhsuldarlığının artırılması üçün əsaslandırılmış motivasiya, modernləşdirmə və istehsalın intellektual səviyyəsinin artırılması kollektivin inkişafına təminat verir. Həmçinin müəssisənin ərazisində ilk yardımın göstərilməsi üçün tibb məntəqəsi fəaliyyət göstərir.

Şirkətimizin uğur əldə etməsinin başlıca səbəbi alıcılarımız qarşısında dürüst olmağımızdır. Məhsullarımızın qiyməti onun keyfiyyətinə uyğundur. Biz münasib qiymətlərə sağlam, yüksək keyfiyyətli məhsul təklif edirik.

«Sahliyali» şirkəti Azərbaycan bazarının liderlərindən biridir, məqsədimiz əldə etdiyimiz mövqeləri saxlamaq və liderliyimizi möhkəmləndirməkdir.