2014-cü il Azərbaycan Respublikasında
"Sənaye ili" elan edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
E-sənaye portalı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.
Sirab ASC

Ünvan


,

bizə yazın

tel : (+994 36) 40 01 61
e-mail : [email protected]
veb : www.sirab.az

Təqdimatımız

Bu gün Odlar yurdu Azərbaycanın məşhur və sevilən suyu olan “Sirab”a istər ölkə daxilində, istərsə də ölkə hüdudlarından kənarda bu qədər tələbatın olması məhz onun keyfiyyəti ilə bağlıdır. Hansı ki, “Sirab” ASC-nin də başlıca amalı insanların, xüsusilə də uşaqların təmiz, keyfiyyətli su ilə təmin edilməsi üçün əlindən gələni etməkdir. Təbii ki, bu yerdə oxucuda haqlı olaraq “Sirab”ın necə emal edilməsi ilə bağlı maraq oyana bilər ki, bu oxucunu süfrələrin bəzəyi olan “Sirab”ın istehsalı ilə mümkün qədər yaxındantanışetməkdir.

“Sirab”ın mənbəyi onun istehsal edildiyi zavoddan təqribən3 kmaralıda, dəniz səviyyəsindən 1258 metr yüksəklikdə olan dağlarin arasinda, təpələrin ardında, Kəlbəağıl vadisində yerləşir....İndi sizlərə suyun hazırlanmasını qısa şəkildə izah etmək istəyirik… Su həmin mənbədən pas atmayan boru vasitəsilə zavoda daxil olur...Burada su 4-8 dərəcə soyudulduqdan sonra istehsal üçün sexlərə verilir. Bu sexlərdə su qablaşdırılmazdan əvvəl bir süzgəclərdən süzülərək, ultra-bənövşəyi şüalar adlanan qurğudan keçir. Bu, suyun tərkibində hər hansı mərhələdə yarana biləcək bakteriyaların məhvini təmin edir və bununla da mineral suyun hazırlanması başa çatır.

Bir sözlə, “Sirab” insanların təhlükəsiz qidalanması, uşaqların sağlam gələcəyi naminə su sahəsində üzərinə düşən vəzifəni artıqlaması ilə yerinə yetirməkdədir. Bu səbəbdəndir ki, günü-gündən “Sirab”a olan diqqət artır, dünyanın müxtəlif ölkələri bu suyu ixrac etmək üçün maraq göstərirlər. Çünki, onun “hər damlasında həyat var!”

Qaynağımız

Naxçıvan şəhərinin14.6 km şimal - şərqində, Sirab kəndi ərazisində, hündür dağların qoynuyda, Kəlbəağıl vadisində 250 metr dərinlikdən bir bulaq qaynayır. Bu – qızıl ehtiyatları, daş-duz yataqları və bulaqları ilə zəngin Naxçıvan torpağının möcüzələrindən biri olan "Sirab"dır. Qədim Naxçıvan torpağının bu misilsiz sərvətlərindən insanlar neçə-neçə əsrlərdir ki istifadə edirlər.

Təbii mineral suyun əsas komponentləri və onların konsentrasiyası, Mg/l

Element / Mürəkkəb

Miqdarı

Maqnezium

37.9-56.9

Kalsium

214-320

Natrium

112-168

Kalium

5.90-8.86

Sulfat

146-218

Hidrokarbonat

852-1278

Xlorid

23.3-35.0

CO2

117-350

Təbii mineral suyun əsas maddələri, kimyəvi tərkibi, EQ %

Element / Mürəkkəb

Miqdarı

Maqnezium

16.72

Kalsium

56.54

Natrium

25.78

Kalium

0.95

Sulfat

17.18

Hidrokarbonat

79.10

Xlorid

3.72

Nailiyyətlər

Dünya standartlarına cavab verə biləcək yüksək keyfiyyətli məhsul istehsal etməyimiz "Sirab" mineral suyunun bir çox xarici ölkələrdə yüksək nailiyyətlər qazanmağına səbəb oldu. Belə ki, "Sirab" ASC 2005-ci ilin may ayında İsveçrənin Cenevre şəhərində "Biznesdə Yüksək Keyfiyyətə görə" Qızıl medalına layiq görülüb. Əməyimizin belə yüksək qiymətləndirilməsi bizi daha yeni uğurlara ruhlandırır.

Belə ki, 2009-cu ildə Ukraynanın Kiyev şəhərində keçirilən "Qida məhsulları və içkilərin XII forumu"nda Qızıl medal, 2010-cu ildə Moskva şəhərində keçirilən XVII Beynəlxalq "PRODEKSPO 2010" sərgisində Gümüş medal, 2011-ci ildə Moskva şəhərində keçirilən XVIII Beynəlxalq "PRODEKSPO-2011"sərgisində Qızıl medal və 2011-ci ilin 1-4 noyabr tarixində Qazaxıstanın Alma-Ata şəhərində keçirilən XIV Beynəlxalq Mərkəzi Asiya "Yeyinti sənayesi" sərgisində "Sirab"mineral suyu Qızıl medala layiq görülmüşdür.Bu da bizim gələcək uğurlarımızın təməlidir.

İxracat

Bu gün süfrələrimiz bəzəyi olan "Sirab" mineral suyunun sorağı dünyanın bir sıra ölkələrindən gəlir. Minerallarla zəngin "Sirab" suyunun Azəbaycanla yanaşı Rusiya, İran, Qazaxıstan, Türkmənistan və Ukrayna bazarında özunə məxsus yeri var. Digər ölkələrdə "Sirab" suyunun ixracı yolunda məqsədyönlü siyasət aparılır. Belə ki, 2012-ci ildə "Sirab " mineral suyunun Avropa bazarına çıxması üçün çox ciddi işlər görülmüş və buna nail olunmuşdur. Artiq "Sirab" mineral suyu beynelxalg standartlarina cavab vererek Avropa sertifikati alarak,litvanyaya respublikasina ihracat yaparak avropa yolunda ilk addimini atmisdir…