2014-cü il Azərbaycan Respublikasında
"Sənaye ili" elan edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
E-sənaye portalı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.
Baku Steel Company

Ünvan

AZ1029, Bakı, Mir-Cәlal küçәsi 15 (Dәrnәgül şossesi)
Bakı ( Binəqədi ), Azərbaycan

bizə yazın

tel : (+994 12) 490 30 70,
e-mail : [email protected]
veb : www.bakusteel.com

Baku Steel Company MMC müasir Azərbaycanın metallurgiya sənayesinin inkişafında əsas rolu olan qabaqcıl poladəritmə müəssisəsidir.
Şirkətin rəsmi açılışı Ümummilli Liderimiz Heydər Əliyevin iştirakı ilə 2001-ci ilin iyun ayının 21-də keçirilmişdir.


BİZ KİMİK?Baku Steel Company MMC-də 2012-2013-cü illərdə aparılan köklü yenidənqurma işlərindən sonra Almaniyanın Siemens VAİ şirkətində istehsal olunan modern konstruksiyalı 50 tonluq qövslü elektrik sobası, soba çalov qurğusu quraşdırılmışdır. Kanadanın STEL – TEK şirkətində istehsal olunan müasir fasiləsiz tökmə maşını rekonstruksiya olunaraq dörd şırnaqlı vəziyyətə çatdırılmışdır. Bundan əlavə ABŞ, Fransa, Italiya,Türkiyə, Hindistan və s. ölkələrin aparıcı şirkətlərinin istehsalı olan avadanlıqlar quraşdırılmışdır.

BİZ KİMİK?BİZ KİMİK?BİZ KİMİK?







Zavodda ekoloji tələblərə uyğun, mükəmməl konstruksiyalı qaztəmizləmə kompleksi işə salınmış, poladəritmə prosesində əsas güc aqreqatlarının işi tamamilə avtomatlaşdırılmışdır. Həmçinin, soba, soba çalovun və yayma aqreqatlarının soyudulması məqsədiylə müasir 4 ədəd əlavə su soyutma qurğuları quraşdırılmışdır.

BİZ KİMİK?Hazırda mövcud yayma sexləri yenidən qurulub, təkrarqızdırma sobaları təkmilləşdirilərək məhsuldarlıqları artırılmış, məhsulun keyfiyyəti Avropa standartlarına uyğunlaşdırılmışdır.
Zavod mütəxəssisləri tərəfindən metal qırıntılarından əlavə, yeni texnologiya ilə dəmir filizindən alınmış DRİ (məsaməli dəmir) əridilməsi prossesi mənimsənilmişdir. Bu məqsədlə hazırda, Almaniyanın Siemens VAI və SMS Siemag, İtaliyanın Danieli şirkətlərinin birgə təklifləri əsasında DRİ, yanmış əhəng və digər legirlənmə materiallarının sobaya və soba çalova verilməsi qurğusunun inşaatı gedir. Bununla yanaşı, Oksigen və maye azot istehsal edən zavodun inşası üçün Fransanın Air Liquide şirkəti ilə 15 milyon avro məbləğində avadanlıq alınması üçün müqavilə imzalanmışdır.

BİZ KİMİK?


Yenidənqurma işləri zamanı müasir avadanlıqlarla təchiz olunmuş qaraj təsərrüfatı, mexanikləşdirilmiş anbar kompleksi tikilmiş, elektrik təmiri sexi, qeyri standart avadanlıqlar və mürəkkəb metalkonstruksiya istehsal edən Baku Steel Construction sahəsi yaradılmış, həmçinin mexaniki sex genişləndirilmiş, yeni metal emalı dəzgahları ilə təchiz olunmuşdur.

BİZ KİMİK?Hazırda zavodun elektrik yarimstansiyasında Almaniyanın istehsalı olan avadanlıqlar əsasında elektrik enerjisinin qənaətli və səmərəli istifadəsini təmin edən FKU qurğusu tikilməkdədir.

Aparılan yenidənqurma işlərinin tərkib hissəsi olaraq dünya standartlarına cavab verən, müasir dəqiq analizlər aparmaq imkanı yaradan, Yaponiya, Almaniya, İsveçrə kimi aparıcı ölkələrinin istehsalı olan yüksək keyfiyyətli avadanlıqlarla təchiz olunmuş və sertifikatlaşdırılmış mərkəzi laboratoriya qurulmuşdur. Müəssisədə böyük abadlaşdırma işləri həyata keçirilmiş, bunun sayəsində zavod ərazisində ekoloji cəhətdən təmiz mikroklimatın yaradılmasına nail olunmuşdur.
Qeyd edək ki, yenidənqurma işləri 20-dən çox yerli və xarici şirkətin, zavodun 500-dən çox mühəndis- texniki heyətinin iştirakı ilə həyata keçirilmişdir.


Daxili və xarici bazarın polad məmulatlarına tələbatını nəzərə alan BSC məhsul çeşidini genişləndirmiş, bu məqsədlə zavodda iki yeni yayma xətti quraşdırılaraq çox çeşidli künclük, şveller, ikitavr və katanka məhsullarının istehsalına başlanılmışdır.

Müəssisədə en kəsiyi 100x100, 120х120, 125x125, 130x130, 140x140, 150х150 və 160x160mm, uzunluğu 3.000-12.000 mm olan müхtəlif markalı polad pəstahlar, diametri 10-32 mm olan Avropa standartlarına uyğun armaturlar istehsal edilir. Həmçinin, istehsal edilən məhsullar sırasına 80-160 mm ölçülü şveller, 40-125 mm ölçülü künclük,100-160 mm ölçülü ikitavr və 5-9mm diametrli katanka daxildir.

BSC-nin poladəritmə üzrə ümumi istehsal gücü 1.100 000 tona çatdırılmışdır.

İxrac siyasətini hər zaman inkişaf etdirən şirkət Rusiya, Gürcüstan və digər ölkələrə öz məhsullarını ixrac edir.

BSC ölkəmizin qеyri-nеft sеktorunda böyük vеrgi ödəyicilərindəndir.



“Baku Steel Company” MMC özünün keyfiyyətli məhsullarını təqdim etməkdən böyük məmnunluq duyur, daxili və xarici bazarda hər bir şirkətlə əmakdaşlığının möhkəm təməl üzərində qurulduğuna və uzunmüddətli olacağına çalışır.