2014-cü il Azərbaycan Respublikasında
"Sənaye ili" elan edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
E-sənaye portalı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.
Abşeron Şərab ASC

Ünvan

Azәrbaycan Respublikası, Abşeron r-nu, AZ0118, Mehdiabad qәsәbәsi, Dostluq küç. 1
,

bizə yazın

tel : (+994 12) 343 18 00
e-mail : [email protected]
veb :

Əsası 1967-ci ildə qoyulmuş Mehdiabad Üzüm Emalı müəssisəsi 2003-cü ildən “Abşeron-Şərab” ATSC kimi yenidən fəaliyyətə başlamışdır. Həmin ildən başlayaraq Azərbaycanın alkaqollu içkilər bazarına “Abşeron”, “Bakı”, “Kəpəz”, “Göy-Göl” markalı konyakları ilə daxil olmuşdur. Xammal istehsalını və saxlanmasını təkmilləşdirmək məqsədi ilə müəssisədə zirzəmilər tikilmiş, Fransanın, Yunanıstanın və.s. ölkələrin istehsalı olan palıd çəlləklərdə və şüşə emal çənlərdə konyak spirtinin saxlanılması təmin olunmuşdur. Məhsullarını Rusiya Federasiyasına, Ukraynaya, Belorusiyaya, Vyetnama ixrac edən müəssisədə Azərbaycanda ilk dəfə olaraq konyak spirtinin yetişdirilməsi üçün “Solyari” sexi istifadəyə verilmişdir. Bütün bu görülən işlərin nəticəsində “Abşeron-Şərab” ATSC konyak spirti ixracında özünəməxsus yer tutmuşdur. Müəssisənin istehsal etdiyi markalı konyaklar “Ay İşığı”, “Ay Gün”, “Mirvari”, “Kainat”, “Zümrüd”, “Gilavar”, “Xəzri”, “Almaz”, “Qələbə” alıcılar tərəfindən xüsusi rəğbət qazanmışdır.

2008-ci ildən Avropanın ən inkişaf etmiş dövlətləri olan Almanya, İtaliya, Türkiyə, Bolqarıstan, Fransa istehsalı olan üzüm qəbulu, ilkin emal xətləri,  fermentasiya, şok soyutma  sistemləri, şərabların soyuq mühitdə saxlanılması, süzülmə xətləri  kimi   avadanlıqların gətirilməsi və tətbiqi  yüksək keyfiyyətli məhsulların istehsalına zəmin yaratmışdır.

 

Yeni avadanlıqlardan istifadə nəticəsində təbii üzüm şərablarının süzülmə prosesində istiliklə “pasterizasiya” üsulu ləğv edilmiş, əvəzində Avropa standartlarının tələblərinə cavab verən “soyuq üsulla steril süzülmə” üsulu tətbiq edilmişdir. Bu üsul bizim şərabların keyfiyyətinə zəmanət verir.

***

 

Respublikada oynaq şərablarla yanaşı qazlaşdırılmış şərablara  olan tələbatı nəzərə alaraq “Abşeron-Şərab” ATSC – də qazlaşdırılmış şərablar da istehsal olunur.

Müəssisədə  istehsal edilən şərablar Azərbaycanın müxtəlif bölgələrində yetişdirilən milli sortlardan Mədrəsə, Bayan Şirə, Avropa sortlarından Kabarnet Sovinyon, Merlo, Saperavi, Pino Noir, Sıra, Şardone üzüm növlərindən emal edilmişdir. Bütün dünya ictimaiyyəti tərəfindən Azərbaycanın milli içkisi kimi tanınan Zoğal və Tut araqları sənaye üsulu ilə ilk dəfə bu müəssisədə istehsal olunmuşdur. Onu da qeyd etmək lazımdır ki, tünd içkilərdən  Ballı bibər, Tərxun və Limon araqları da ilk dəfə yeni texnoloji resepturalar əsasında bu müəssisədə istehsal edilmişdir.

Azərbaycanda ilk dəfə olaraq 5 növdə meyvə likyorlarının istehsalına bizim müəssisədə başlanılmışdır. 100% təbii meyvə şirələrindən hazırlanmış Albalı, Badam, Çiyələk, Qarağat, Şaftalı likyorları alkoqollu içkilər bazarında fərdi tələbata məxsus məhsullardandır.

 

İdarə Heyyətinin Sədri Xəlil Nurəddin oğlu İsmayılov:

“Kollektivimizin qarşısında duran məsuliyyətli vəzifə məhsullarımızın keyfiyyətini daima yüksəltmək və Azərbaycanda şərabçılığın inkişafına öz töhfəmizi verməkdir”.